Mədəniyyət

“Netflix” hər həftə yeni film nümayiş etdirəcək

Populyar striminq xidməti “Netflix” 2021-ci ilin hər həftəsində kinosevərləri yeni filmlərlə sevindirmək niyyətində olduğunu açıqlayıb.

Bunların arasında “Army of the Dead”, “Hand of God”, “Don’t Look Up”, “Bruised”, “Malcolm & Marie”, “The Power of the Dog” və bir sıra digər maraqla gözlənilən filmlər var.

Həmin filmlərdə Leonardo Di Kaprio, Dueyn Conson, Zendeya, İdris Elba, Qal Qadot, Rayan Reynolds, Meril Strip, Ceyk Cillenhol kimi Hollivud ulduzları iştirak edir.

Ümumilikdə, “Netflix” 2021-ci ildə 70 yeni film nümayiş etdirməyə hazırlaşır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir