Mədəniyyət

Çəkiliş meydanında kuryoz hadisə: Aktyor maşına sığmadı – FOTO

Sharing is caring!

“Qırmızı xəbərdarlıq” filminin çəkiliş meydanında məşhur aktyor Dueyn Consonun başına maraqlı hadisə gəlib. Belə ki, Hollivud ulduzu film üçün alınan “Porsche” avtomobilinə sığmayıb.

Bu barədə aktyor özünün “Instagram” hesabında danışıb.

Boyu iki metr olan aktyorun idman avtomobilinə sığmamasına əvvəl hətta filmin rejissoru Rouson Marşall Terber də inanmayıb. O elə düşünüb ki, aktyor onunla zarafat edir. Ancaq sonra bunun həqiqət olduğunu görüb.

Sonda yarış səhnəsi dəyişdirilib.

Qeyd edək ki, “Qırmızı xəbərdarlıq” filmi İnterpolun (Dueyn Consun ifasında) ən çox axtarılan oğrunun izinə düşməsindən bəhs edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir