Mədəniyyət

Bəhram Bağırzadənin uşaqlar üçün “İstanbul” kitabı nəşr edildi – FOTO

Sharing is caring!

Əfsanəvi “Bakılı oğlanlar” KVN komandasının üzvü, azərbaycanlı aktyor, publisist, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadənin uşaqlar üçün “İstanbul” adlı daha bir kitabı nəşr olunub.

Kitabda müəllif kiçik oxucularına əsrlər boyu Şərq və Qərb mədəniyyətinin qəribə nümunələrinin bir-birinə qarışdığı, təəccüblü memarlıq və sənət əsərləri doğurduğu bu qədim şəhərin tarixindən bəhs edir.

Bu yaxınlarda Bəhram Bağırzadə kiçik oğlan və qızlara söz verib ki, qurtuluş müharibəsində Azərbaycanı dəstəkləyən ölkələr haqqında mütləq kitablar nəşr etdirəcək.

Yeri gəlmişkən, onun uşaqlar üçün nəzərdə tutulan “Kiyev” və “Tiflis” kitabları artıq işıq üzü görüb.

İsrail, Rusiya və Pakistanla əlaqəli uşaqlar üçün nəzərdə tutulan kitablar – “Qüds”, “Moskva” və “İslamabad” da tezliklə kitab mağazalarında görünəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir