Mədəniyyət

Şuşada Beynəlxalq Kulinariya Festivalı keçiriləcək

Sharing is caring!

“Müharibə başlayan gündən Şuşada kulinariya festivalının keçiriləcəyini qeyd etmişdik”.

Bu sözləri  Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov deyib. O qeyd edib ki, artıq 15 ölkədən festivala qatılmaq üçün müraciətlər gəlib, məlumatlar rəsmiləşdiriləcək:

“Festival haqqında rəsmi səhifəmiz yaradılacaq. Bu festivalda bizi Dövlət Turizm Agentliyi, Müdafiə Nazirliyi, Şuşa şəhər İcra Hakimiyyəti dəstəkləyir. Digər qurumları, sponsorları da dəstək olmağa çağırırıq. İnfrastrukturun, aşpazlarımızın aparılması, təyyarələrin qarşılanması ilə bağlı dəstəyə ehtiyac var”.

T.Əmiraslanov bildirib ki, Qarabağ mətbəxi kitabının üzərində işlər gedir, təqdimatlar hazırlanır, 2-ci nəşri aparılacaq. Kitab həm inglis, həm də rus dilinə tərcümə olunacaq:

“Bizim daha əvvəldən Qarabağ komandamız var idi. Şuşa festivalında onlar da iştirak edəcək. Şuşada Qarabağ mətbəxi sərgisi açılacaq. Bu festivalın Cıdır düzündə təşkil olunmasını istəyirik və müraciət edəcəyik ki, Qarabağ atları da orada görünsün. Əlbəttə ki, Qarabağ rəqsləri, musiqiləri də nümayiş olunacaq. Bu işə 1 ay əvvəldən hazırlaşmağa başlamışıq”.

Festivalın 2021-ci il avqustun 10-dan 15-dək keçirilməsi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir