Məşhur italiyalı aktyor Cici Proyetti 80 yaşında vəfat edib.
Bu barədə “Messaggero” nəşri məlumat yayıb.
Qeyd olunur ki, aktyor ad günündə Roma şəhərindəki xəstəxanalardan birində vəfat edib.
O bir müddət əvvəl ürəyindəki ağrılardan şikayətləndiyi üçün xəstəxanaya yerləşdirilmişdi.
C.Proyetti əsasən komediya filmlərində oynadığı rollarla və televiziya aparıcısı kimi məşhurluq qazanıb.