Mədəniyyət

Azərbaycanlı sənətçidən Türkiyə ilə qardaşlığın bəstəsi – VİDEO

Sharing is caring!


Azərbaycanın əməkdar artisti, pianoçu, dirijor və bəstəkar Turan Manafzadə ölkəmizin Türkiyə ilə qardaşlığı, ortaq mübarizə yolundan bəhs edən əsərlərin müəllifi kimi tanınır.

O, Ankarada verəcəyi konsertdə sənətsevərlər üçün yaradıcılığından bir sıra nümunələri səsləndirəcək.

Azərbaycanı dünya səhnəsində təmsil edən ən gənc qadın dirijor olan Manafzadə türkiyəli tamaşaçılara “Türkiyə 100” adlı əsərini təqdim edəcək. Həmçinin, konsert zamanı bəstəkarın 6 fevral Kahramanmaraş zəlzələsinə həsr olunmuş əsəri də ifa olunacaq.

“Türkiyə 100” əsərini fevralın 4-də, dəhşətli zəlzələdən iki gün əvvəl bəstələmişdim. Bu əsərdə ortaq hislərimiz, Türkiyə Cümhuriyyəti ilə bağlı xoş arzu və diləklərim əks olunub”, – deyə T. Manafzadə bildirib.

Qeyd edək ki, Amerika və Avropada da konsertlər verəcək musiqiçi iyunun 6-da Ankarada sənətsevərlər qarşısında xüsusi proqramla çıxış edəcək.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir