Manşetüstü Mədəniyyət

Türkiyəli deputat Əhməd Cavadla bağlı paylaşım edib

Sharing is caring!

Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Feridun Bahşi Azərbaycanın böyük şairi Əhməd Cavadın doğum günü ilə bağlı paylaşım edib.

Xəbəral.az xəbər verir ki, deputat “Twitter” səhifəsində Ə.Cavadın “Çırpınırdı Qara dəniz” şerindən bir hissə paylaşıb.

“Çırpınırdı Qara dəniz,

Baxıb Türkün bayrağına!

“Ah!” deyərdim, heç ölməzdim

Düşə bilsəm ayağına!…

Yol ver Türkün bayrağına”

1914-cü ildə şanlı Türk Ordumuz üçün bu şeiri yazan, 1937-də xaincəsinə güllələnən azərbaycanlı türkçü şair Əhməd Cavadı rəhmət və hörmətlə anıram”.

Qeyd edək ki, Türkiyə parlamentində sağçı İYİ Partiyanı təmsil edən F.Bahşi Antalya şəhərindən deputat seçilib.

Xatırladaq ki, Əhməd Cavad 1893-cü il mayın 5-də Gəncə qəzasının Seyfəli kəndində anadan olub. Balkan müharibəsi dövründə o, əsasən azərbaycanlılardan ibarət xüsusi bir Qafqaz könüllü dəstəsinin tərkibində Osmanlı tərəfində cəbhəyə savaşmağa gedib.

Türkiyədə böyük şöhrət qazanmış və Üzeyir Hacıbəyovun 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra musiqisini bəstələdiyi “Çırpınırdı Qara dəniz” şeiri Türkiyədə ən çox “Yol ver türkün bayrağına” adıyla məşhurdur.

Azərbaycanın Sovet işğalından sonra müxtəlif təzyiqlərə məruz qalan Əhməd Cavad sonda həbs edilir. 1937-ci ildə şairə qarşı irəli sürülən saxta ittihama əsasən oktyabrın 12-də hökm oxunub. Başlanan məhkəmə cəmi 15 dəqiqə davam edib və oktyabrın 12-dən 13-nə keçən gecə şairi güllələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir