Mədəniyyət

Məşhur türk aktyorlarının ölümcül qəzadan əvvəlki görüntüləri: Bu son günümüz… – VİDEO

Sharing is caring!

Türkiyənin Amasiya şəhərində üç nəfərin həlak olduğu, səkkiz nəfərin yaralandığı qəzada mikroavtobusda olan məşhur teatr aktyorlarının faciədən əvvəlki görüntüləri ortaya çıxıb.

Görüntülər teatrın kollektivi yanacaqdoldurma məntəqəsində istirahət edərkən lentə alınıb. Aktyorlar qastrol haqqında fikirlərini səsləndirirlər.

“Yeddinci gün. Çorum. Son günümüzdəyik. Almaz kimi insanlardır. Onlara böyük alqışlar”, – deyən gənc aktyorun sözləri sosial şəbəkə istifadəşilərini xüsusilə təsirləndirib.

Qeyd edək ki, “Baş bəlası” adlı teatr tamaşasını səhnələşdirdikdən sonra Samsuna doğru qastrola yollanan teatr kollektivinin olduğu mikroavtobus TIR-la toqquşub.

Qəzada mikroavtobusda sıxılı qalan təşkilatçı Özgür Karataş, aktyor və rejissor Tolga Güleryüz və aktyor Burak Topçu hadisə yerində həyatlarını itiriblər. Yaralı sürücü və mikroavtobusda olan Özgür Ayaz, Burak Gülçebi, Melis İşiten, Sergen Deveci, Uğur Şalvarcıoğlu, Ceyhun Fersoy və Filiz Özbek təcili yardım maşınları ilə regional xəstəxanalara aparılıblar.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir