Mədəniyyət

Nazir müavini: “Bu gün yaradıcı sənayenin nə olduğunu bilməyənlər var”

Sharing is caring!

“Bu gün yaradıcı sənayenin nə olduğunu bilməyənlər var”. 

Xeberal.az xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfransda çıxışında deyib. 

Onun sözlərinə görə, yaradıcı sənayenin inkişafı üçün infrastruktur yaradılmalıdır:

“Sizdən də çox şey asılıdır. İndividual təşəbbüs də olmalıdır. Hər bir istedadlı şəxs özü də təşəbbüs göstərməlidir. Araşdırmalar yoxdur. Anlayış formalaşmayıb. Ən vacib məsələ anlayışın oturuşmasıdır. Sənayeləşməsə, tənzimlənmə çətin olacaq”. 

E.Əliyev qeyd edib ki, ən böyük problemimiz sənaye anlayışının olmamasıdır:

“Dağınıq haldadır. Toy musiqiçisi və fotoqrafını incəsənət saymırıq. Yaradıcı sənaye yalnız incəsənət deyil. Biz sistemli yanaşmanı tətbiq etməliyik. Sistem həlləri yaratmağı düşünürük”. 

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.