Mədəniyyət

Qarabağdakı radionu bu şirkət açacaq

Sharing is caring!

Milli Televiziya və Radio Şurasının bugün keçirilən iclasında Qarabağda regional radio kanalının açılması üçün elan olunmuş müsabiqənin nəticələri açıqlanıb. 

“XəbərAl.az” xəbər veir ki, geniş müzakirələrdən sonra digər iddiaçılarla müqayisədə müxtəlif dillərdə yayım aparmaq üçün üstün imkanlara, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Caspian İnternational Broadcasting Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“CBC FM” radio kanalı) müsabiqənin qalibi elan olunması barədə qərar qəbul olunub.

Xatırladaq ki, 102,7 MHs işçi tezliyi üçün müsabiqə çərçivəsində 7 iddiaçı Şuraya sənədlərini təqdim etmişdi: 

“Real Təhlil İnformasiya Mərkəzi” MMC;

“Caspian İnternational Broadcasting Company” MMC;

“Balans Studiyası” MMC;

“İNS ÇM” MMC;

“İsti Press” MMC;

“Azad Azərbaycan” Müstəqil Teleradio kompaniyası;

“ARB 24” MMC.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir