Mədəniyyət

“TÜRKVİZYON” Türk Dünyası Mahnı Müsabiqəsi onlayn keçiriləcək

Sharing is caring!

Türkiyənin, Türk Müzik Birliyi  (TMB TV) telekanalının təşkilatçılığı ilə keçirilən “TÜRKVİZYON” Türk Dünyası Mahnı Müsabiqəsi 2020-ci ildə pandemiya (COVID-19) səbəbindən onlayn olaraq keçiriləcək. 26 ölkə və bölgədənin təmsilçilərinin iştirakı ilə keçirilən yarışma  dekabrın 20-də saat 17:00-da başlayacaq. 

Müsabiqədə Türkiyə, Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Moldova, Bosnya və Hersoqovina, Almaniya, Albaniya, Serbiya,Qırğızıstan, Qazaxıstan, Şimali Makedoniya, İraq, Şimali Kipr Türk  Cümhuriyyəti, Polşa və Almaniyadan təmsilçilər iştirak edir.

“Türkvizyon 2020”nin qalibini 26 nəfərdən ibarət münsiflər heyətinin səsləri müəyyən edəcək.  Bundan başqa müsabiqədə xüsusi “Tamaşaçı Rəğbəti” mükafatı nəzərdə tutulub. Bu mükafat iştirakçılar arasında “Sarı Gəlin” mahnısnın ifasına görə veriləcək. Tamaşaçı səsverməsi www.turkvizyon.tv saytında keçiriləcək.

“TÜRKVİZYON” Türk Dünyası Mahnı Müsabiqəsinin məqsədi ortaq köklərə malik Türkdilli ölkələr və xalqları bir-birinə daha da yaxından tanıtmaq, yeni ortaq mədəni platforma yaradaraq mədəni əlaqələri inkişaf etdirməkdir. Bu layihə iştirakçı ölkələrin və xalqların dünyada tanıdılmasına, eyni zamanda, yeni dostluq və əməkdaşlıq imkanlarının meydana gəlməsinə şərait yaradır. 

Yer kürəsinin təxminən 21 milyon kvadrat kilometrlik bir ərazisinə yayılan “Türk Mədəniyyət Birliyi” layihəsi çərçivəsində reallaşdırılan bu layihə ilə gələcək nəsillərə dostluq, qardaşlıq və əməkdaşlıq üçün geniş imkanlar yaradır. 

Layihənin icrası qardaşlıq və əməkdaşlıq imkanları ilə mədəni irsin qorunmasına əsaslanan tarixi yerlərə səyahət proqramlarının həyata keçirilməsi, yerli dəyərlərin təbliğini reallaşdırır.

Bunlardan əlavə, “TÜRKVİZYON” Türk Dünyası Mahnı Yarışmasının bu ölkələrin televiziya kanallarında, muxtar bölgələrdə və icmalarda canlı yayımlanması Türk mədəniyyətinin təbliğinə qatqı təmin etməkdə əhəmiyyətli bir amil olacaqdır.

Müsabiqəni 20-yədək telekanal canlı yayımlayacaq. Azərbaycanda isə yarışmanı TMB TV və “Azad Azərbaycan” telekanallarıda izləmək mümkün olacaq. 

Gələn il müsabiqənin Azərbaycanın Şuşa şəhərində keçirilməsi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir