Mədəniyyət

“Namiq şou-biznesin simic, Vasif isə xəbərçi müğənnisidir”

Sharing is caring!

Əməkdar artist Dilarə Əliyeva şou-biznes nümayəndələri ilə bağlı açıqlama verib.

XəbərAl.az-ın məlumatına görə, ARB TV-nin “Pəncərə” verilişinə qonaq olan aktrisa simic, əliaçıq, xəbərçi müğənnilərin adını açıqlayıb.

“Şou-biznesin ən çox pul xəcləyəni kimdir?” sualına D.Əliyeva belə cavab verib:

“Eşitdiyim qədəri ilə Manaf Ağayev şou-biznes nümayəndələri içərisində ən çox pul xərcləyəndir. Dostcanlıdır, əliaçıqdır. Hadisə baş verməmişdən artıq orada olur. Əli cibində, hörməti üstündə olan adamdır. Onun şou-biznesdə təxəllüsü “Don Karleone”dir.

Pulunun qədrini və qədərini bilən Namiq Qaraçuxurludur. Bilir kimə pul xərcləmək olar, kimə olmaz. Şou əhli çalışır  ki, Vasif Məhərrəmlinin yanında çox danışmasın. Ürəyində söz saxlaya bilmir. Məncə, Eyyub Yaqubov. Onun çox gözəl səsi var, amma öz üzərində çox işləməyi sevmir. Ən yatağan isə deyərdim ki, Telli Borçalıdır. Xəngəli yeyib yatır. Yatmağın dərdindən ərə də getmir”.

Aktrisa ən dalaşqan məşhurlardan da söz açıb:

“Şou-biznesdə sakit, mülayim adam yoxdur. Hər kəsin özünə görə dili də var, dilçəyi də. Aralarında yazıq bala yoxdur.

Hadisələri şişirdən mən özüməm. Birinin üstünə beşini qoyub çatdıran, el-aləmi bir-birinə vuran, yandırıb yaxan – bu Dilarə Əliyevadır. Milçəkdən dəvə düzəltmək mənim yemimdir”.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir