Kriminal manset

Ramiz Zeynalovun qohumu vəkili öldürdü. DƏHŞƏT

Sharing is caring!

Tovuzda vəkili öldürən şəxsin kimliyi məlum olub.

XəbərAl.az-ın  Tovuz rayonundan etibarlı mənbədən əldə etdiyi məlumata görə vəkil Firudin Ələkbərlini öldürən şəxs Respublika Baş Dövlət Yol Polis İdarəsinin rəisi general Ramiz Zeynalovun yaxın qohumu (Tovuzun keçmiş icra başçısı Tofiq Zeynalovun bacanağı) “Göl Əli “ ləqəbi ilə tanınan sahibkar Əli Şəmuyev olub.

XəbərAl.az xəbər verir ki, Əli Şəmuyev “ ləqəqbli Göl Əli “ cinayətkar artıq saxlanılıb.

Məlum olub ki, Cinayətdə günahlandırılan 1959-cu il təvəllüdlü, “Göl Əli” ləqəbli iş adamı Şəmiyev Əli Məhərrəm oğlunun restoran və hotellər şəbəkəsinin sahibi olub.

İlkin araşdırma zamanı məlum olub ki, şəxslər arasında münaqişə hüquqşünasın iş adamının obyektlərinin tikintisi zamanı yol verdiyi qanun pozuntuları barədə dövlət qurumlarına şikayət etdiyi üçün başlayıb.

Belə ki, hüquqşünas iş adamına məxsus hotelin Tovuzun magistral su kəmərinin yaxınlığında tikildiyini müəyyənləşdirib və ondan şantaj yolu ilə pul tələb edib. Bir neçə dəfə hüquqşünasın istəyini yerinə yetirən iş adamı sonuncu görüşdə üzərində gətirdiyi “Makarov” tipli tapançadan F.Ələkbərliyə üç dəfə atəş açıb. Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan hüquqşünas orada ölüb.

Məlum olub ki, öldürülən hüquqşünas 90-cı illərin əvvəllərində Tovuz Rayon Məhkəməsinin sədri olub.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir