Kriminal Manşetüstü

Binəqədidə silahlı şəxs saxlanıldı

Bakının Binəqədi qəsəbəsində silahlı şəxs saxlanılıb.

XəbərAl.az  DİN-ə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında sentyabrın 4-də Binəqədi rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Abşeron rayon sakini O.Həmzəyevin idarə etdiyi “Volkswagen Jetta” markalı avtomobilə baxış zamanı oradan “TT” markalı tapança aşkar edilərək götürülmüşdür.