Kriminal Manşetüstü

Evə oğurluğa girən maskalı şəxs mülk sahibini bıçaqladı – AZƏRBAYCANDA

Şəmkir rayonunda evə oğurluğa girmiş şəxs mənzil sahibini bıçaqlayıb.

XəbərAl.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsinə müraciət edən Xuluf kənd sakini E.Atakişiyev sentyabrın 4-də axşam saatlarında evinə girmiş maskalı şəxsin onunla rastlaşdıqda qol nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etməsini bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini R.Vəliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.