Kriminal manset

Bakıda generalın yaxın qohumunun qətli ilə bağlı ƏMƏLİYYAT – 3 NƏFƏR HƏBS EDİLDİ

Sharing is caring!

Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxslər tutulub.

XəbərAl.az  xəbər verir ki, avqustun 31-də Bakı şəhər sakini Fərid Məmmədzadənin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində törədildiyi müəyyən edilib.

Görülmüş tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Babaverdiyev, C.Cavadlı və R.Bünyatzadə saxlanılıblar.

Araşdırma aparılır.

Qeyd edək ki, qətlə yetirilən F.Məmmədzadə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovnik-leytenantı Ramiz Zeynalovun qaynı oğludur. F.Məmmədzadə Yasamal rayonu ərazisində avtomobillə hərəkətdə olarkən həmin şəxslərlə yol vermək üstündə münaqişə yaranıb. Nəticədə baş verən dava-dalaş zamanı həmin şəxslər generalın qaynı oğlunu bıçaqlayaraq öldürüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir