Kriminal manset

Səhər tezdən ailəli bacısını yad kişi ilə tutdu, sonra… – Sabirabadda şok olay

Sharing is caring!

Biləsuvar rayonunda bacısı ilə intim münasibətdə olan həmyerlisini öldürməkdə təqsirli bilinən Yardımlı rayon sakini, 1975-ci il təvəllüdlü Əli Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

XəbərAl.az xəbər verir ki, Əli Süleymanovun bacısı Ramilə ailəli olub (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.), amma hadisədən bir müddət əvvəl ərindən ayrılıb.

Bacısından sevgilisindən ayrılmasını tələb etdi

Ramilə atası Samir və anası Tamara ilə birlikdə Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində yerləşən “Muğan Qışlaq” otlaq sahəsində çoban yatağında yaşayıb.

Əli Süleymanov “Muğan-Qışlaq” otlaq sahəsindəki digər çoban yatağında yaşayan Natiq Səmədov ilə bacısının intim münasibətlərdə olmasını eşidib. Əli dəfələrlə onlardan münasibətlərinə son qoymalarını tələb edib. Amma onlar Əlinin bu tələbinə əhəmiyyət verməyiblər, görüşməkdə davam ediblər.

Əli Süleymanov 25 dekabr 2016-cı il tarixdə, saat 15 radələrində yaşadığı Bakı şəhərindən “Muğan-Qışlaq” otlaq sahəsinə gəlib. Orada yaşayan qohumu Rasimin Məşhəd ziyarətindən qayıtması münasibətilə təşkil olunmuş məclisdə iştirak edib.

Bacısının evdən çıxdığını gördü

Sonra o, axşam saat 20 radələrində valideynlərinin yaşadığı çoban yatağına gəlib. Həmin gecə Əli atası, anası, bacısı və onlarda qonaq olan xalası Rəsmiyyə ilə bir alaçıqda yatıb.

Ertəsi gün, səhər saat 06.30-da Əli bacısı Ramilənin evdən çıxdığını bilib. Onun Natiq ilə görüşə getdiyi və onların bir yerdə olduğunu başa düşüb. Əli onların münasibətlərinə son qoymaq üçün Natiqi öldürmək qərarına gəlib.

Bacısını otlaqda tutdu

Bu məqsədlə Əli evdən bıçaq götürüb və Natiqin valideynləri ilə yaşadığı, təxminən 2000 metr aralıdakı evə gedib. O, təqribən 470 metr məsafə qət etdikdən sonra saat 06.45-də Natiqin bacısı Ramilə ilə otlaq sahəsində söhbət etdiklərini görüb.

Bu zaman Əli onlara yaxınlaşaraq Natiqi söyüb, bıçaqla onun döş qəfəsinə bir neçə xəsarət yetirib. Ürək nahiyəsindən xəsarət alan Natiq hadisə yerində ölüb.

13 il cəza, ciddi rejim

İstintaq orqanı tərəfindən Əli Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Süleymanov 13 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 2016-cı il dekabrın 27-dən hesablanıb. Əli Süleymanovun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Əli Süleymanov apelyasiya şikayəti verib. O, əsassız olaraq Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunduğunu deyib.

O, qeyd edib ki, Natiq Səmədovu qətlə yetirməyib. O, bu səbəbdən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Bəraət şikayəti rədd edildi

Bundan başqa, hökmdən narazı qalan Natiq Səmədovun da anası apelyasiya şikayəti verib. Hüquqi varis təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

Hər iki tərəfin şikayətinə Şirvan Apelyasiya Məhkəməsində baxılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara əsasən, şikayət təmin olunmayıb.

Bu qərardan narazı qalan Əli Süleymanov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Hafiz Nəsibovun sədrliyi ilə araşdırma aparılıb. Kasasiya şikayətini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, kasasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, bundan bir müddət əvvəl də Ali Məhkəmədə Əli Süleymanovun şikayəti əsasında məhkəmə qurulmuşdu. Həmin vaxt aparılan araşdırma zamanı Əli Süleymanov saxlanıldığı Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində hakimi Hafiz Nəsibovun adına məktub göndərib.

Həmin məktubunda Əli Süleymanov kasasiya şikayətini geri götürdüyünü göstərib. O, kasasiya şikayətinə baxılmadan icraatdan çıxarılmasının təmin olunmasını hakimdən xahiş edib.

Hakim məktubuna əsasən, kasasiya şikayətini araşdırmamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir