Kriminal manset

Nazirliyin vəzifəli şəxslərinə cinayət işi açıldı

Sharing is caring!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsinin əməkdaşları Ramiz Əmiraslanov və Şakir Nuriyev barəsində cinayət işi başlanıb.

XəbərAl.az xəbər verir ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsi ilə ittiham elan edilib.

Ramiz Əmiraslanov və Şakir Nuriyevin barəsində olan cinayət işi baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Abbas Rzayevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası sentyabrın 9-na təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.