Kriminal Manşetüstü

Sözləri çəp gəldi, keçmiş məhkum yoldaşının boğazını kəsdi – Bakıda qanlı olay

Sharing is caring!

Bakıda iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Məhərrəm Kazımovun barəsində hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

XəbərAl.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhərrəm Kazımovun cəzasının yüngülləşdirilməsi ilə bağlı verdiyi şikayət təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin höküm ilə Məhərrəm Kazımov 15 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə ötən il noyabrın 13-də gecə saatlarında Sabunçu qəsəbəsində baş verib. Əvvəllər məhkum edilmiş 1986-cı il təvəllüdlü İlham Paşayev və digər keçmiş məhkum, 1987-ci il təvəllüdlü Mahir İsmayılov naməlum şəraitdə çoxsaylı bıçaq zərbələri alıblar.

Ekspertlər yoxlama zamanı İlham Paşayevin bədəninin müxtəlif hissələrində çoxsaylı bıçaq xəsarətləri aşkar ediblər. Hadisəni törədən şəxs Məhərrəm İsmayılovun boğazını kəsməyə cəhd edib.

Hər iki yaralı ağır vəziyyətdə 3 saylı şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib, onların həyatlarını xilas etmək mümkün olub.

Araşdırma zamanı məlum olub ki, həmin şəxslərə əvvəllər məhkum edilmiş Məhərrəm Kazımov onlara bıçaqla hücum edib. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.