Kriminal Manşetüstü

Arvadını öldürdü, qaynanasını öldürmək istədi, evi yandırdı – Təfərrüat

Bərdədə 27 yaşlı arvadını balta ilə qətlə yetirməkdə təqsirləndirilən Sadiq Hümbətov və Elçin Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

XəbərAl.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı sentybrın 4-nə təyin edilib.

İttihama görə, hadisə bu ilin martında Bərdə rayonunda baş verib. Rayonun Kətəlparaq kənd sakini Eyvaz Qarayevin evi yanıb, 1961-ci il təvəllüdlü Rəhilə Qarayeva isə çoxsaylı bıçaq və yanıq xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına apaılıb.

Yanmış evdən 1991-ci il təvəllüdlü Nabat Qurbanovanın meyiti tapılıb.

Məlum olub ki, hadisəni mərhum Nabat Qurbanovanın əri,İmişli rayonu, Qaralar kənd sakini 1988-ci il təvəllüdlü Elçin Qurbanov törədib.

O, martın 1-dən 2-nə keçən gecə ailə münaqişəsi zəminində arvadı Nabat Qurbanovanı qətlə yetirib, qayınanası Rahilə Qarayevanı öldürməyə cəhd göstərib. Daha sonra evdə olan 9 yaşlı qızını çölə çıxararaq evi yandırıb.

Bərdə rayon Prokurorluğunun və rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayon sakinləri – 1996-ci il təvəllüdlü Sadiq Hümbətov və 1997-ci il təvəllüdlü Elçin Qurbanov tutulublar.

Qeyd edək ki, Nabat Qurbanova və Elçin Qurbanov bir müddət öncə ayrılıblar. Nabat Qurbanova məhkəməyə müraciət edərək boşanmaq istəyib, lakin Elçin Qurbanov buna qarşı çıxıb. Məhkəmə də qanuni prosedura uyğun olaraq onlara barışmağı təklif edib.

Nabat Qurbanova bundan imtina edib. Cütlüyün bu səbəbdən mübahisəsi düşüb, mübahisə sonda dəhşətli hadisənin törədilməsi ilə nəticələnib.

İstintaq müəyyən edib ki, Sadiq Hümbətov bu dəhşətli cinayətin törədimləsində Elçin Qurbanova köməklik göstərib.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 157.2-ci (mənzil toxunulmazlığını pozma, eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) və 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir