Kriminal

Sürücülük hüququ olmadan narkotikin təsiri altında “KamAZ” sürdü

Sharing is caring!

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən iyunun 24-də saat 17 radələrində Masallı rayonunun Sərçivar kəndi ərazisində “KamAZ” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları tərəfindən yoxlama zamanı sürücü, Lənkəran rayon sakini Fariz Məmmədovun avtomobili sürücülük hüququ olmadan və narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən edilib. O, saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub. 

Məhkəmənin qərarı ilə F.Məmmədov inzibati qaydada həbs olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir