Kriminal manset

Məhkəmə 5 nəfərin ölümündə təqsirli bilinənə bəraət verdi – Hökm

Sharing is caring!

Bakıda 5 nəfərin ölümündə təqsirləndirilən Heydər Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

XeberAl.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilməyib.

Buna görə də Heydər Quliyev barəsində bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, hadisə 2017-ci il dekabr ayının 6-da Bakının Qaradağ rayonunda, Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində baş verib. “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək “Mercedes” markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Nəticədə 5 nəfər ölüb.

Heydər Quliyev baş verən qəzada günahkar bilinib və onun barəsində istintaq orqanı tərəfindən cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir