Kriminal

Rusiyadan Azərbaycana dərman preparatlarının qanunsuz keçirilməsinin qarşısı alındı – FOTO

Sharing is caring!

Dövlət Gömrük Komitəsi (DGK) Rusiyadan Azərbaycana gələn nəqliyyat vasitəsində dərman preparatları aşkarlayıb.

Komitədən verilən məlumata görə, DGK-nın Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Volvo” markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Yoxlama zamanı avtomobilin kabinəsində yataq yerinin altındakı soyuducunun içərisində və əşyalar qoymaq üçün nəzərdə tutulan yerlərdə gömrük nəzarətinə bəyan edilməyən 300 ampul “Natriya Tiosulfat 10 ml” adlı dərman preparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir