Kriminal Manşetüstü

Azərbaycandan İŞİD-ə 500 min dollar yardım edənlərin məhkəməsi başlayır – Foto

Sharing is caring!

Suriyada terror təşkilatlarının maliyyələşməsində iştirak edən Azərbaycan vətəndaşları İlqar Ağayev, Namiq Məmmədov və Sahil İbrahimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

XeberAl.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Zeynal Ağayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələki müəyyən edilməyib.

Qeyd edək ki, Azərbaycan vətəndaşları İlqar Ağayev, Namiq Məmmədov və Sahil İbrahimov Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən həbs ediliblər.

Məlum olub ki, İlqar Ağayev, Sahil İbrahimov, Namiq Məmmədov və digərləri 2017-ci ilin oktyabrından etibarən Suriya ərazisində silahlı münaqişələr aparan terror təşkilatı üzvlərinin və onların cinayətkar fəaliyyətlərinin təmin edilməsi məqsədilə ayrı-ayrı ölkələrdəki terror təşkilatının üzvləri tərəfindən göndərilən pul vəsaitlərinin, habelə həmin silahlı münaqişələrdə iştirak edənlərin yaxınları ilə əlaqəyə girib aldıqları pul vəsaitlərinin müntəzəm olaraq, ümumilikdə 500 000 ABŞ dollarından çox pulun müxtəlif yollarla təşkilatın Suriya ərazisində fəaliyyət göstərən üzvlərinə göndərilməsini və çatdırılmasını təmin edib.

Həmin şəxslərlər vasitəsi ilə BMT tərəfindən terror təşkilatı kimi tanınan dini ekstremist cinayətkar birliyin tərkibində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edərək terror aktları törədən şəxslərin gizli maliyyələşdirilməsi təsbit edilib.

İstintaq orqanı tərəfindən İlqar Ağayev, Sahil İbrahimov, Namiq Məmmədovun barəsində Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə), 218.2-ci (cinayətkar birlikdə iştirak etmə), 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə ittiham elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir