Kriminal manset

Bakı şəhər prokuroru ağır cinayətlərdən danışdı

Sharing is caring!

“2018-ci ilin birinci yarımilində şəhər ərazisində prokurorluq və polis orqanları üzrə 5678 hadisə qeydə alındığı halda, 2019-cu ilin birinci yarısında 182 hadisə, yəni 3,2 % azalaraq 5496 hadisə olub, qeydə alınmış cinayətlərin açılma faizi 6,7% azalaraq 75,4 %, ağır və ya xüsusilə ağır cinayətlərin sayı 37 hadisə və ya 5,6% artaraq 695 olub.

XeberAl.az xəbər verir ki, bu barədə Bakı şəhər prokuroru İlqar Abbasov bildirib.

Şəhər prokuroru qeyd edib ki, 2019-cu ilin birinci yarısında qeydə alınmış 37 qəsdən adam öldürmə cinayətinin 1-i istisna olmaqla, 19 qəsdən adam öldürməyə cəhd cinayətinin hamısının açılması təmin edilib:

“Hesabat dövründə 28 quldurluq və 103 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Ümumilikdə quldurluq hadisələrindən 7-si, yol-nəqliyyat hdisələrindən isə 5-i bağlı qalıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir