Kriminal

Lənkəranda polislər 17 yaşlı tələbəni döyüblər?

Sharing is caring!

Lənkəranda polislər 17 yaşlı kollec tələbəsini döyüblər.

“Report”un xəbərinə görə, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, tələbə mayın 31-i, səhər saatlarında oxuduğu kollecin qarşısında iki polis əməkdaşı tərəfindən Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparılıb:

“Daha sonra 17 yaşlı gənc orada bir neçə polis tərəfindən döyülüb”.

Tələbə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir