Kriminal

Xocavənddə dəmir tullantı və müxtəlif əşyalar toplayan şəxslər saxlanılıblar

Sharing is caring!

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərdən dəmir tullantılar və müxtəlif əşyalar toplayan şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları rayon ərazisində xidmətdə olan zaman Füzuli rayon sakinləri Elvin Alışlı, Nürəddin Əbilov və Ədalət Kərimovun qanunsuz olaraq metal tullantıları və digər əşyaları toplayarkən saxlayıblar.

Adıçəkilən şəxslər həmin ərazilərə keçdikləri avtomobillərlə birgə Polis Şöbəsinə gətiriliblər.

Hazırda Xocavənd RPŞ-də hər üç şəxs barəsində araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir