Kriminal

Bakıda 47 yaşlı kişini döyə-döyə öldürdülər

Sharing is caring!

Bakıda qətl hadisəsi törədilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ötən gecə təcili tibbi yardım xidmətinə Xəzər rayonu Şüvəlan qəsəbəsi “Şinçi” düşərgəsindən müraciət daxil olub.

Həmin ünvana gedən tibbi yardım briqadası düşərgədəki evdə yaşayan 1975-ci il təvəllüdlü Mustafayev Vaqif Arif oğlunun vəziyyətinin ağır olduğunu müəyyən edərək onu Sabunçu Tibb Mərkəzinə çatdırıb.

Məlum olub ki, həmin şəxsin üzərində – gözaltı nahiyəsində, hər iki bazu hissəsində, əlində, dizində və başında xəsarətlər var. Xəstəxanaya çatdırılan şəxs 1 saat sonra ölüb.

İlkin araşdırmalar nəticəsində xəsarətlərin həmin şəxsə küt alətlə yetirilməsi müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Hazırda 47 yaşlı kişini döyərək öldürən şəxsin kimliyinin müəyyənləşdirilməsi, hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verməsinin üzə çıxarılması istiqamətində iş aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir