Kriminal

Gəncədə yaşayış binasında partlayış: Ölən var

Sharing is caring!

Gəncə şəhərində beşmərtəbəli binada partlayış olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Üzeyir Hacıbəyli küçəsi, bina 9, mənzil 20-də (ümumi sahəsi 70 kvadratmetr olan üçotaqlı mənzildə) baş verib.

Hadisə yerinə səkkiz yanğınsöndürən avtomobili cəlb olunub. Yanğının qaz sızmasından yaranmış partlayış nəticəsində baş verdiyi bildirilir.

Hadisə yerinin kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Yaşar Rəhimovun meyiti aşkarlanıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir