Kriminal

Kamran Əliyev: “DİN və DTX əməliyyatlara cəlb olunub” – VİDEO

Sharing is caring!

Ötən il 8, bu ilin 5 ayı ərzində isə 7 gizli cinayət işinin üstü açılıb.

Bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlama verib.

“Şəxsiyyət əleyhinə ağır cinayətlər bağlı qalması cəmiyyətdə müəyyən cəzasızlıq mühiti yarada bilər. Ona görə də bu bizim fəaliyyət istiqamətlərimiz üçün çox vacibdir”, – deyə o qeyd edib.

Baş prokuror bildirib ki, gizli cinayətlərin üstünün açılması ilə bağlı xüsusi qruplar yaradılıb. Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları da əməliyyatlara cəlb olunub.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir