Kriminal

Sumqayıtda gənc qadın kirayə yaşadığı evdə öldürüldü

Sharing is caring!

Sumqayıtda 25 yaşlı qadın tanışı tərəfindən boğularaq öldürülüb.

Xeberal.az xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb.

Mənzillərdən birinə keçirilən baxış zamanı oradan qadın meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb edilib. Meyitə baxış zamanı onun boğularaq öldürüldüyü məlum olub. Öldürülən şəxsin 1997-ci il təvəllüdlü Ayşən Məhərrəmova olduğu müəyyən edilib. Qətli törədənin öldürülən şəxsin tanışı olduğu və saxlanıldığı bildirilir.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, 25 yaşlı qız həmin mənzildə kirayə yaşayırmış.

Faktıla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.