Kriminal Manşetüstü

Arvadını bıçaqlayan qısqanc ər HAKİM QARŞISINDA

Bakıda arvadını bıçaqlamaqda təqsirləndirilən Vüqar Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyul ayının 16-na təyin olunub.

Qeyd edək ki, ötən il aprelin 10-da Ələkbərov Vüqar Əliheydər oğlu 25 yaşlı həyat yoldaşı Ələsgərova Şəbnəm Elman qızına iki bıçaq xəsarəti yetirib. Qadın boyun və sinə nayihəsinin deşilmiş yaraları ilə ağır vəziyyətdə 3 saylı şəhər kliniki xəstəxanasına aparılıb.
Yaralının həyatını xilas etmək mümkün olub.

Xətai rayon 36-cı Polis Bölməsinin əməkdaşları V.Ələkbərovu saxlayıb. Cinayətin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.

V. Ələkbərova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib. (ölkə.az)