Kriminal Manşetüstü

Azərbaycanda qısqanc ər arvadını baltaladı

Bərdədə münaqişə zəminində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Şahvələd Nadirxanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
XeberAl.az “Ölkə.Az”a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nural Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyul ayının 22-nə təyin olunub.
Qeyd edək ki, hadisə ötən il Bərdə rayonunun Cəyirli kəndində baş verib.

Kəlbəcər rayon sakini Nadirxanov Şahvələd Pənah oğlu həyat yoldaşına balta ilə xəsarət yetirib. Ağır xəsarət alan 1983-cü il təvəllüdlü Yəhyayeva Pərvanə Arif qızı yaxınları tərəfindən Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub. Ş. Nadirxanov saxlanılıb və ona Cinayət Məcəlləsinin 29.120-ci(adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

Hadisənin qısqanclıq zəmində törədildiyi və Ş. Nadirxanovun bir müddət əvvəl həbsdən çıxdığı bildirilir.