Kriminal

Bakıda polis qəzada həlak oldu

Sharing is caring!

Bakı şəhərində polis qəzada vəfat edib.

Oxu.Az-ın məlumatına görə, hadisə Yasamal rayonu, Moskva Prospektində qeydə alınıb.

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşı, polis kapitanı Quliyev Vasif Qulu oğlu idarə etdiyi 90-PT-974 dövlət qeydiyyat nömrəli xidməti avtomobillə idarəetməni itirərək səkiyə çırpılıb, nəticədə avtomobili aşırıb. O, hadisə yerində ölüb. 

Baş Dövlət Yol Polis İdarəsindən Oxu.Az-a fakt təsdiqlənib.

Bildirilib ki, 1988-ci il təvəllüdlü Quliyev Vasif Qulu oğlu xidmətdən kənar vaxtı idarə etdiyi avtomobili maneəyə vurma nəticəsində aşırıb:

“V.Quliyev hadisə yerində ölüb”.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir