Kriminal

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs SAXLANILDI

Sharing is caring!

Salyanda yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılan sürücünün narkotik vasitə istifadəçisi olduğu müəyyən edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 29-da Salyan rayonu ərazisində Bakı şəhər sakini Əbülfəz Hacıyev idarə etdiyi “Khazar” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb. 

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub.

Salyan Rayon Məhkəməsinin qərarı ilə Ə.Hacıyev 500 manat məbləğdə cərimələnib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir