Kriminal

Qadınları Türkiyədə satan şəxsə hökm oxundu

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, Həsənova Ülviyyə Surxay qızının Azərbaycan Respublikası vətəndaşı olan qadınları Türkiyə Respublikasının Antalya şəhərinə apararaq cinsi istismara məruz qoyması faktı aşkar edilmişdir.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlət Məhkəməsinə göndərilmiş, Həsənova Ülviyyə Surxay qızı Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir