Kriminal

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri silahla şəkil paylaşıb,insanları qorxuya saldılar-Foto

Sharing is caring!

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Masallı Regional meşə təsərrüfatı müəssisəsinin direktoru və müavininin silahla şəkili yayılıb.

Xəbəral.az oxu.az-a istinadən xəbər verir ki, görüntülər mesajlaşma platformasında yayılıb.

Müəssisənin direktoru Adəm İsmiyev və onun müavini Sakit Şahmarovun “Kalaşnikov” avtomatı və “vinçester” tüfəngi ilə şəkilləri yayılıb.

Bildirilib ki, fotonu Adəm İsmiyev öz “WhatsApp” hesabında paylaşıb, məsələ ictimailəşəndən sonra isə şəkli silib.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir