Kriminal

“1XBET” qumar oyunlarının mənbəyi ermənistana gedib çıxır?-Nazirlik qərar verdi

Sharing is caring!

Ölkə ərazisindən xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısı alınır.

Xəbəral.az-bir neçə dəfə “1XBET” bukmeker kontorunun AFFA-nın və dünya furbol ulduzlarının adından istifadə edərək, onların şəkillərini icazəsiz paylaşmaları haqqında yazı dərc etmişdi.

Xatırladaq ki, 1XBET şirkəti ölkəmizdə qeyri-qanuni yolla internet üzərindən fəaliyyət göstərməsi ilə bağlı geniş məlumat vermişdik.Bu isə o deməkdir ki, “1XBET” bukmeker kontoru vasitəsi ilə mərc edənlərin uduşunun yüzfaizli təminatı yoxdur. Belə olan halda, itirən və aldadılan tərəf yalnız müştəridir. İş burasındadır ki, bu mərc şirkətinin Azərbaycanda heç ofisi də yoxdur!

Belə ki, servisin əsaslı hesab edib araşdırmasına başladığı 440 milyon rubl dəyərindəki pretenziyaların yalnız 3,6%-i kontor tərəfindən haqlı sayılıb, 93%-ə isə ümumiyyətlə, məhəl qoyulmayıb.

İnsanları tez bir zamanda tora salmağa müvəffəq olan “1XBET” qumar oyunları artıq sosial şəbəkələrdə, kütləvi yayılmaq üzrədir.

Xəbəral.az-ın xəbər verir ki, fəaliyyətini əsasən Avropa ölkələri və postsovet məkanında təşkil edən “1xBet” bir çox ölkələrdə blok edilir, o cümlədən ABŞ və Rusiyada. Son olaraq bir neçə gün öncə onun Böyük Britaniyada fəaliyyəti dayandırılıb. Buna səbəb kontorun Keniyada məktəblərdə keçirildiyi güman edilən U16 basketbol oyunlarına və başqa yarışlara dair mərclər qəbul etməsi olub. Uşaqlar üzərində mərc qurmaq qanun pozuntusu olmaqla yanaşı, həm də etik normaya sığmayan haldır. 

Mənbəyi, mənşəyi bilinməyən “1XBET” qumar oyunları sosial şəbəkələr üzərindən, harda başlayıb harda bitdiyi məlum deyildir.

Belə bir nəticəyə gəlirik ki, “1XBET” bizə düşmən ermənistandan, qəstən başlanılıb və virus kimi, cibizin qara kabusuna çevirib.

Nəhayət “1XBET” qumar oyunları ilə bağlı yazdığımız tənqid, nazirliyi hərəkətə gətirərək qərar qəbul etmələrinə müvəffəq olub.

Sözügedən qərarı sizlərə təqdim edirik:

Xəbəral.az xəbər verir ki, bununla bağlı məsələ “Telekommunikasiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əlavə edilməsi təklif edilən yeni maddələrə əsasən, telekommunikasiya operatoru və provayderlərinin vəzifələri sırasına telekommunikasiya xidmətləri vasitəsi ilə qumar oyunlarının təşkili və keçirilməsinin, qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və ya satışı, həmçinin qumar oyunlarında iştirakın, o cümlədən ölkə ərazisindən xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısının alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada tədbirlər görmək daxil edilir.

Bununla bağlı məsələ “Telekommunikasiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əlavə edilməsi təklif edilən yeni maddələrə əsasən, telekommunikasiya operatoru və provayderlərinin vəzifələri sırasına telekommunikasiya xidmətləri vasitəsi ilə qumar oyunlarının təşkili və keçirilməsinin, qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və ya satışı, həmçinin qumar oyunlarında iştirakın, o cümlədən ölkə ərazisindən xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısının alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada tədbirlər görmək daxil edilir.

Bir sözlə özünüzü və övladınızı cibimizin düşməni olan, qumardan qoruyun!

Qarşı tərəfin mövqe haqqını tanıyırıq.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir