Kriminal

Bakıda polkovnik maşını “Kalaşnikov”la atəşə tutdu: Avtomobili tanışı sürürmüş – FOTO

Sharing is caring!

Bakıda avtomat silahdan avtomobilə atəş açılıb.

Xəbəral.az– ın əldə etdiyi məlumata görə, hadisə dünən axşam saatlarında Sabunçu rayonunun Pirşağı qəsəbəsində qeydə alınıb.

Belə ki, keçmiş polis rəisi, təqaüddə olan polis polkovniki Rza Hacıyev tanışı, Bakı şəhər sakini Şirzad Quliyevin sürdüyü “Lexus” markalı avtomobilə əlindəki “Kalaşnikov” avtomatı ilə dəfələrlə atəş açıb. Nəticədə xəsarət alan olmasa da, avtomobil güllələrlə deşilib. R.Hacıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, R.Hacıyev Milli Qəhrəman, Qarabağ müharibəsi şəhidi Əlif Hacıyevin qardaşıdı

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir