Kriminal

“Aqrovest” MMC rəhbərliyinə İTTİHAM – İDDİA: Şirkət şikayətçilərə hədə-qorxu gəlir…

“Aqrovest” MMC ilə bağlı məlumatları oxuyanda sözün düzü məəttəl qaldıq. Bu barədə bir az sonra…Qısaca onu qeyd edək ki, şirkət Azərbaycan fındığını Hollandiya, Belçika, Lüksemburq, Rusiya və başqa ölkələrə ixrac edir.
Yəni şirkət ərzaq sənayesi üzrə təbii və emal olunmuş fındığın istehsalında ixtisaslaşaraq emaldan qablaşdırma və daşınmaya qədər olan bütün xidmətləri həyata keçirir.
Şirkətin özünə məxsus yüz hektarlarla fındıq bağı var, 49 il müddətinə icarəyə götürülmüş 1000 hektar torpaq sahəsi, 800-dən artıq işçisi var, 100 hektarlarla yeni fındıq bağları salıb.
Üstəlik, meyvə bağları var və meyvələr əsasən ixrac olunur, lakin onların bir hissəsi daxili bazarda da satılır.
Şirkətin Zaqatala rayonunda böyük strukturu fəaliyyət göstərir, tamamilə avtomatlaşdırılmış dünya səviyyəli fındıq emalı zavodu, soyuducu anbarları, laboratoriyası, qonaq evi, Qusar rayonunda da fındıq bağları, anbarları var, bir sözlə geniş bir şəbəkə.
Məlumat üçün onu da qeyd edək ki, şirkət gündəlik tələbat məhsullarını ölkəmizə idxalı ilə də məşğul olur.
İndi isə keçək əsas mətləbə.
Deməlİ, müstəqil Azərbaycan dövləti şirkətin sahibləri üçün münbit şərait yaradıb ki, özləri də qazansınlar, həm də dövlətə vergi ödəsinlər, yeni iş yerləri açsınlar və s…
İndi görək, şirkətin rəhbərliyi nə ilə məşğul olur ?
Şirkətin aqrovest.az saytında baş direktor Anar Şərifovla bağlı uzun-uzadı bəy tərifinə rast gəldik.
Guya Anar Şərifov demokratik dəyərlərə, insan haqlarına bağlıdır, nə bilim dövlətə və dövlətçiliyə sadiqdir-filan…
Bu yerdə rəhmətlik Ulu Öndərin müşavirədə bir məmura dedikləri yada düşdü: “ Ay kişi, işindən danış…”
Anar Şərifova deyən lazımdır ki, ay kişi, fındıqdan danış, vergidən yayınmaqdan danış, işçiləri 12 saat işlədib pul verməməkdən danış və s…sənin demokratiyaya, dövlətçiliyə nə dəxlin var..?
Fındıqdan danış ee, fındıqdan neçə milyon qazanırsan..?
Dövlətin büdcəsinə nə qədər ödəyirsən ?
Bəli, əsas məsələlər qalıb qıraqda, bu da siyasətdən danışır.
İndi görək, şirkətin işçisi nə deyir ?
Şirkətin işçisi deyir ki, şirkətdə çalışdığım müddətdə əmək hüquqlarım pozulub.
Şikayətçi bütün qurumlara müraciət etsə də nəticə olmayıb.
Şirkətin keçmiş əməkdaşı deyir ki, bizə kağız üstündə, yəni rəsmi olaraq 300 manat maaş verilsə də, əslində 1500 manatdan çox pul alırdım.
Hə, cənab Anar Şərifov, bundan danış ee…yoxsa demokratiya-zad…
Deməli, cənab Anar Şərifov, hər işçinin 1200 manatını vergidən gizləyib.
Görün bu adam bu illər ərzində Azərbaycanın dövlət büdcəsinə neçə milyon ziyan vurub.
Şikayətçi deyir ki, şirkətin direktoru rəsmi sənədlərdə 500 manat maaş alır, əslində isə onun maaşı 15 000 manatdır. Bərəkallah.
Görəsən bu illər ərzində ölkənin müvafiq dövlət qurumları, İqtisadiyyat və Vergilər nazirliyi hara baxıb ?
Şikayətçi onu da xüsusi olaraq qeyd edir ki, şirkətin mal dövriyyəsi real miqdarından ən azı 20 dəfə az göstərilir.
Deməli, şirkət işçilərin hüquqlarını pozaraq işçiləri 12 saat işləməyə məcbur edir, əmək haqları haqsız kəsilir, vaxtında verilmir, ölkənin Əmək Məcəlləsi pozulur.
Bütün bunlar azmış kimi şirkətdə əmək müqaviləsi çox vaxt olmur.
Hələ bu harasıdır ?
Şirkətdən şikayətçi olanlara hədə-qorxu gəlinir, hətta “Bandotdel”lə şikayət olunur.
Şirkət rəhbərliyi deyir ki, bizə kimsə heç nə edə bilməz…
Həə, cənab Anar Şərifov, şirkətin saytında ümumibəşər dəyərlərdən danışırsan…fındıqdan danış e… //gundelik-baku.com// 

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir