Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 13 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlayıb. Agentlikdən verilən məlumata görə, 18-19 iyul tarixlərində agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhərində, İsmayıllı, Masallı və Şamaxı rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 13 heyvan kəsimi […]
Goranboy rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilməsində fasilə yaranıb. “Report”un məlumatına görə, axşam saatlarından başlayaraq əsən güclü külək səbəbindən Goranboy rayonunun Boluslu, Məşədiqaralar, Eyvazlılar və digər kəndlərinə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Güclü külək səbəbindən Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində sürücülərin avtomobillərini idarə etməsi qismən çətinləşib. Hava şəraiti səbəbindən başqa fəsadların olub-olmadığı aidiyyəti qurumlar […]
Rusiyalı teatr rejissoru Svetlana Cimbinovanın meyiti Moskvanın Universitetski prospektindəki mənzilində tapılıb. Bu barədə yerli hüquq-mühafizə orqanlarından məlumat verilib. “İlkin məlumata görə, qadın ötən il dünyasını dəyişib. Onun yoxluğu ilə qonşuları maraqlanıb və polisə müraciət ediblər”, – məlumatda bildirilib. Vurğulanıb ki, qadın təbii səbəblərdən ölüb. Cəsədin üzərində zorakılıq izlərinə rast gəlinməyib. Qeyd edək ki, Svetlana Cimbinova […]