Kriminal

Saray qəsəbəsində “Mersedes” piyadanı vuraraq ağır xəsarət yetirib

Saray qəsəbəsində 1993-cü il təvəllüdlü Əsgərov Sərvər Qismətəli oğlu “Mersedes” markalı avtomobil tərəfindən vurulub.

APA xəbər verir ki, hadisə nəticəsində piyada ağır xəsarət alıb.

S.Əsgərov dərhal 1 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. O, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə barəsində polisə məlumat verilib. Faktla bağlı araşdırma başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir