Kriminal

Bakıda fəhlə tikinti zamanı yıxılaraq ağır xəsarət alıb

Bakının Xətai rayonunda bədbəxt hadisə zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Yusif Səfərov küçəsində baş verib.

Belə ki, 1997-ci il təvəllüdlü Əliyev Zəka Arzuman oğlu tikinti işi aparan zaman binanın üçüncü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb. Yaralı ağır vəziyyətdə 1 saylı şəhər Xəstəxanasına çatdırılıb.