Kriminal

Erməni casusdan şok ifadə: “Azərbaycana ordusu barədə məlumatları öyrənməyimi tapşırdı”

Sharing is caring!

Azərbaycanda casusluqda ittiham olunan Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

XəbərAl.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutun iclasda prokuror Cövdət Mehrəliyev ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən şəxslər Azərbaycan Respublikasına aid dövlət sirləri olan məlumatları əldə edib, erməni xüsusi xidmət orqanlarına ötürüblər.

Belə ki, 2019-cu ildə erməni xüsusi xidmətləri ilə əməkdaşlığa cəlb olunan Sujyan Gevorg Rubenoviç digər təqsirləndirilən şəxslə birlikdə Sünnik vilayəti ərazisindən Gorus rayonuna gəliblər, oradan da Azərbaycana keçiblər. Onlar qanunsuz olaraq odlu silahları əldə edərək silahlı birləşmə yaradıblar və Azərbaycan ərazisində dövlətin təhlükəsizliyinə aid məlumatları əldə ediblər. Onlar həmin məlumatları erməni xüsusi xidmət orqanlarına ötürməklə casusluq ediblər.

Bundan başqa, hər iki təqsirləndirilən şəxs Azərbaycan Silahlı Qüvvələrinin yerləşdiyi əraziləri müəyyən etmək məqsədilə 2020-ci il noyabrın 11-də Laçın dəhlizindən keçərək Şuşa istiqamətində Azərbaycan ordusunun yerləşdiyi ərazilərə gəliblər. Həmin vaxt onlar Azərbaycan ordusunun hərbi qulluqçular tərəfindən müəyyən olunaraq həbs olunublar. 

Sujyan Gevorg Rubenoviç elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O qeyd edib ki, Laçın rayonu Azərbaycan ərazisi olduğu üçün dövlət sərhədini qanunsuz keçməkdə özünü günahkar sayıb. O əlavə edib ki, qanunsuz silahlı birləşmənin tərkibində iştirak etməyib. 

Digər təqsirləndirilən Davtyan Davit Tiqrani elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. 

Daha sonra Sujyan Gevorg Rubenoviç məhkəmədə sərbəst ifadə verib. O bildirib ki, xeyriyyə təşkilatının təşkilatçısıdır: “Sentyabrın 27-də müharibənin başlandığını eşitdim. Bundan sonra məni tanıyanlar yardım gətirməyə başladı. Xankəndindən bəzi adamlar var idi ki, mənim gətirdiyim yardımları onlar aparırdılar. Özümdə gətirdiyim yardımları hərbiçilərə paylamışam. Xocavənd rayonunda hərbi hissədə olmuşam, orada yardım paylamışam. Orada hərbçilərlə şəkillər çəkdirmişəm”.

Təqsirləndirilən şəxs.deyib ki, bir dəfə Şuşa şəhərində olub, sonra Xankəndində olub: “Müharibə birməmişdən iki həftə əvvəl Xankəndində əhalinin vəziyyəti ilə bağlı çəkiliş etmişəm və Feysbuk sosial şəbəkəsində paylaşmışam. Sülh bəyannaməsindən sonra Xankəndinə gəlmək istədik. Laçın dəhlizinə gəldik. Orada bizi Rus sülhməramlıları yoxladılar. Onlardan keçə biləcəyimizi soruşduq. Onlar keçə biləcəyimizi dedilər. Biz birqədğr gəldikdən sonra Azərbaycan bayrağını gördük, dayandıq. Orada bizi həbs etdilər”.

Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs qeyd edib ki, “Yeni Ermənistan, vətən” diaspora xeyriyyə təşkilatının rəhbəri olub. O bildirib ki, erməni xüsusi xidmətinin “Artax” adlı üzvünü tanıyıb: “Onunla münasibətlərim var, əlaqəmiz olub. Davtyan Davit Tiqranı 2020-ci ilin yayından tanmışam. Onunla bir yerdə olmuşuq, yardımlar aparmışıq. Silah-sursatlarfan istifadə etməmişəm. Bir dəfə döyüş bölgəsində bir əsgərdən silah alaraq şəkil çəkdirmişəm”.

Sujyan Gevorg Rubenoviçin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. İstintaq zamanı bildirib ki, Ermənistan ordusunda xidmətdə olub, xidmətdə olan da Kirivokan şəhərində yerləşən kəşfiyyat xidmətdəçxidməti davam etdirib: “Peşəkar boksçu olduğum üçün məni kəşfiyyata dedi. 2019-cu ildə bir nəfər mənə zəng etdi, vacib görüşmək lazım olduğunu dedi. Mən də onunla görüşməyə razı oldum. Onunla Ermənistan xüsusi xidmət orqanının şöbələrindən birində görüşdük. Görüşdüyüm şəxs Artax oldu. Mənim təşkilatımds pul köçürmələri bağlı qanunsuzluq olduğunu, buna görə də həbs olunacağımı bildirdi. Həbs olunmaqdan qorxduğum üçün onunla əməkdaşlığa başladım”.

Təqsirləndirilən şəxs deyib ki, sentyabrın 27-də Qarabağda döyüşlər başlayıb: “Bundan bir gün sonra Artax mənimlə əlaqə saxladı, onunla görüşdüm. Mən də döyüşlərdə iştirak etmək istədiyimi bildirdim. Sonra Qarabağa getməyi, döyüşlərdə iştirak etməyi, bununla bağlı Azərbaycana ordusu barədə məlumatları öyrənməyimi tapşırdı. Mən də çıxılmaz vəziyyətdə qalaraq razı oldum. Ona digər dostum Davityan olduğunu, onunla birlikdə getməyi razılıq aldım”.

Proses günün ikinci yarısında davam edəcək.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 228-ci ( qanunsuz silah saxlama), 276-cı ( casusluq), 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir