Kriminal

Bakıda federasiyanın sürücüsü küçədə döyülərək öldürüldü – Fotolar

Sharing is caring!

Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib.

“XəbərAl.az” xəbər verir ki, hadisə Aşıq Molla Cümə küçəsində törədilib.

45 yaşlı Məmmədov Səxavət Səfər oğlu Azərbaycan Avtomobil Federasiyasına məxsus “Mercedes” markalı yük avtomobili ilə hərəkətdə olan zaman 90-FZ-409 dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü onun qarşısını kəsib. “Chevrolet”in sürücüsü və sərnişini S.Məmmədovu döyüb. O, aldığı zərbələrdən hadisə yerində dünyasını dəyişib. Hadisəni törədənlər öz avtomobillərini küçədə qoyaraq ərazidən uzaqlaşıblar.

Əraziyə Nərimanov Rayon Prokurorluğu və Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir