Kriminal

“Qurtuluş-93” MMC-nin rəhbərinin kürəkəni “Range-Rover”lə qəza törətdi — 4 nəfər öldü

Sharing is caring!

Novxanı-Sumqayıt yolunda “Range-Rover” qəza törədib. 

XəbərAl.az  APA-ya istinadən xəbər verir ki, “Spring” otelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb. Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Damas”da olan 3 nəfər ölüb.

Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlum olub ki, sərxoşdur. Qeyd edək ki, E.Kərbalayev Masazırda yerləşən “Qurtuluş-93” yaşayış kompleksinin rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir