Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirdə həyat yoldaşı və qayınanasına öldürməyə cəhddə təqsirləndirilən 1987-ci il təvəllüdlü Elnar Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyunun 25-ə təyin edilib.
Qeyd edək ki, bu il fevralın 14-də Elnar Cəfərov mübahisə nəticəsində həyət yoldaşı, 1988-ci il təvəllüdlü İlahə Cəfərovanı və qayınanası, 1957-ci il təvəllüdlü Nailə Əyyubovanı çapacaqla vuraraq öldürməyə cəhd edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.