Kriminal

Ehram Məcidova qurulan tələ və eks qaynatanın sifarişi…Gəlişmə

Düzü Ehram Məcidov azadlıq da olanda mənim onunla heç bir şəxsi tanışlığım olmayıb. Amma hər zaman idman yarışlarında Azərbaycanın bayrağını dünya arenalarında qaldırdığını, şərəfsiz erməni idmançısını idman arenasında nəfəsini kəsib nakaut vəziyyətinə saldığını eşitmişdim. Kənardan qeyrətli, vətənpərvər, millətini sevən dəyərli bir insan kimi hörmətim olub. Bir sözlə Ehram Məcidov idman yarışlarında heç vaxt üstümüzə üzü qara qayıtmayıb. Hələ onun Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaratdığı Xocalı idman kulubunun rəhbəri kimi şəhid övladlarının, Qarabağ qazilərinin uşaqlarının təmənnasız məşq keçməklərini və onlara necə şərait yaratdığını demirəm. Çünki növbəti yazımda bu məsələyə geniş şəkildə qayıdacam. Keçim əsas məsələyə.Bu gün Baki Ağır Cinayətlər məhkəməsində Ehram Məcidovun məhkəməsi idi.

Biz heç vaxt Ehramı hakim müstəntiq önündə  və ya şərlənərək həbsə salınmasını görməmişik. Çox ağır idi…Cənab prezident İlham Əliyevin şəxsən qəbul edib, idmandaki uğuruna görə ona ev hədiyyə etməsi və Ehram hardan bilərdi ki, öz eks qaynatası tərəfindən şərlənərək bir neçə aydır ki,qolu qandallı görmək.
Biz Ehramı İdman tariximizə qızıl hərflərlə yazan bir vətənpərvər oğul kimi görmüşük. Bu gün Ağır Cinayətlər Məhkəməsində Ehram Məcidov barəsində açılan “Qondarma” məhkəmə prosesində yaşanan gülməli və həmdə ağlamalı hadisələr həqiqətən bizlərə də pis təsir etdi. Sözü gedən hadisələri şərh edək: Xəbəral.az saytı xəbər verir ki, bu gün”Neftçi” idman klubunun kikboksinq bölməsinin rəhbəri, kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidov qayınatası 1953-cü il təvəllüdlü Bəhruz Dilbaziyə xəsarət yetirməkdə təqsirləndirilir. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, E.Məcidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Zərərçəkmiş şəxsin vəkili Ceyhun Yusifov prokurorun az cəza istədiyini deyərək etiraz edib. Çıxış zamanı təqsirləndirilən şəxslə vəkil arasında mübahisə yaranıb, hakim tərəflərə xəbərdarlıq edib. Zərərçəkmişin digər vəkili də istənilən cəzanı yüngül hesab etdiyini deyərək, daha ağır cəza verilməsini istəyib. Proses iyunun 18-də davam etdiriləcək. Prosesdən sonra “Xocalı” idman klubunun üzvləri məhkəmənin qarşısında toplaşaraq, Ehram Məcidova azadlıq tələb ediblər. Ehram Məcidov Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilib. Sonda Vəkil Ceyhun Yusifov Ehram Məcidovu yüksək səslə təhqir etdi və bildirdi ki, nə olsun dünya çempionusan, İstər Milli Qəhrəman ol, Milli Qəhrəman kimdir ki? Başı xarab idmançısan! O, hətta idmancıları da təhqir etdi.
Məhkəmə zalı ölkəmizi idman sahəsində öz sözün demiş idmançılıarımızla və Ehram sevərlərlə dolu idi. Hələ bir çox insan yer olmadığından çöldə  gözləməli oldu.
Azərbaycanın gözəl qanunları var. Biz demirik Ehram günahsızdı, amma qismən!İnanırıq ki, bu günahada humanist hakimlərimiz, vəkillərimiz obyektiv yanaşıb (deyilənlərə görə tapşırılmış ) Ehrama qarşı düzgün qərar qəbul edəcəklər.Allah qapını açsın Ehram Məcidov, tezliklə öz tələbələrinin və azarkeşlərinin yanında olmaq arzusu ilə görüşmək ümüdü ilə…