Kriminal

Sabiq nazir suda boğuldu

Sharing is caring!

Yunanıstanın keçmiş İctimai asayiş naziri 77 yaşlı Sifis Valirakis suda boğulub.

XəbərAl.az xəbər verir ki, bu barədə “Skai” telekanalı məlumat yayıb. Məlumata görə, o, Evbeya adasında, şəhərkənarı evinin olduğu Eretriya şəhərciyi yaxınlığında rezin qayıqda gəzintiyə çıxıb, lakin uzun müddət evə qayıtmayıb.

Mühafizə xidmətinin əməkdaşları axtarış nəticəsində onun mindiyi qayığı tapıblar. Daha sonra sabiq nazirin özünün meyiti aşkarlanıb.

İlkin versiyaya görə, nazir qayıqdan sürüşərək suya düşüb və ya vəziyyəti pisləşib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir