Kriminal

Məsciddən oğurluq edən şəxs yaxalandı -BAKIDA… VİDEO

Bakıda məsciddən oğurluq edən şəxs tutulub.

XəbərAl.az-ın xəzərxəbər-ə  məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. Qəsəbədəki məscidin axundu ərazi üzrə 6-cı polis bölməsinə məlumat verib ki, iş otağından oğurluq olub.

Bölmə əməkdaşları əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Mirzəyevi saxlayıb. Saxlanılan şəxs ifadəsində törətdiyi əməli etiraf edib.

Araşdırma zamanı saxlanılan şəxsin ötən ilin sentyabr ayında Yasamal rayonunda yerləşən məscidlərdən birində nəzir qutusundan da oğurluq etdiyi və bu əməlinə görə polislər tərəfindən saxlanılaraq 3 ay müddətinə inzibati qaydada həbs olunduğu məlum olub.

Qeyd edək ki, Anar Mirzəyev axundun otağından 1500 manat, eləcə də 500 dollar oğurlayıb. Onun oğurluq əməli məscidin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

XəbərAl.az  mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: